ATU-nun "Qonaq Professoru" proffessor dr. Məsud Aşina 8 milyon avro mükafat qazanıb

Azərbaycan Tibb Universitetinin (ATU) "Qonaq Professoru" proffessor dr. Məsud Aşina 8 milyon avro mükafat qazanıb

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru prof. Dr. Məsud Aşina Danimarka Milli Tədqiqat Fondunun 8 milyon avro mükafatına layiq görülüb. Bu mükafat Miqrendə Kəşflər Mərkəzinin yaradılmasına sərf olunacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü seçilib. Azərbaycanlı professor diaspor fəaliyyətində xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Soydaşımız 2019-cu ildə Lundbeck Professor proqramı fondunun ən böyük həcmli qrant proqramında iştirak edərək baş ağrılarının yeni müalicə metodlarının axtarışına və təkmilləşdirilməsinə görə 5 milyon avro mükafata layiq görülüb.

Məsud Aşina qazandığı mükafatla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-yə müsahibə verib. Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür:

ATU ailəsi adından "Qonaq professor"umuzu təbrik edirik!

Ətraflı linkdə: https://diaspor.gov.az/.../azerbaijani-professor-awarded...

https://www.youtube.com/watch?v=Ok-cp1O-W0s