ATU əməkdaşlarının elmi işləri yüksək impakt faktorlu jurnallarda dərc edilib

Azərbaycan Tibb Universitetinin əməkdaşları il ərzində fərqli məzmunlu elmi tədqiqat işlərini davam etdiriblər.  Bu araşdırmalar nəticəsində əldə olunan elmi yeniliklər yerli jurnallarla yanaşı, xarici ölkələrin nüfuzlu bazalarında (Web of Science, Scopus) indekslənən nəşrlərdə də çap edilir.

Elmi əsərləri xarici jurnallarda nəşr edilən alimlər arasında ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, prof. Eldar Qasımov, Elmi Araşdırmalar Mərkəzinin direktoru, dosent Orxan İsayev və həmin mərkəzin Elektron mikroskopiya şöbəsinin müdiri, dosent Fuad Rzayevin də adlarını qeyd etmək olar. Təkcə 2024-cü ili ərzində tədqiqatçıların həmmüəlliflikləri ilə 20-dən artıq elmi əsəri, o cümlədən 10 məqalə Web of Science və Scopus bazalarına daxil olan yüksək impakt faktorlu jurnallarda nəşr edilmişdir. Həmin jurnalların “Web of Science” platformasında 2-si Q1, 7-si Q2 və 1-i isə Q3 (Quartile) səviyyəyə və 2.4-4.5 impakt faktora malikdirlər.

ATU-da tədqiqatçılar tərəfindən yerinə yetirilən elmi işlər müasir metodlar – Transmission Elektron Mikroskop vasitəsilə yerinə yetirilmiş və əsas istiqamətlər isə propion turşusunun (PPA) siçovulun baş beyndə hipokampın aksodentrik sinapslarına və prefrontal qabığın struktur elementlərinə təsirinin, sintez olunan müxtəlif növ modifikasiya edilmiş nanohissəcik, boruların və birləşmələrin quruluş xüsusiyyətlərinin, dəmir nanozərrəciklərin qida zəncirinin ayrı-ayrı komponentlərinin orqanlarında (qaraciyər) bioakkumulyasiyası, miqrasiyası və orqanizmdə yaratdığı patoloji dəyişikliklərin, sahib orqanizminə ciddi zərər verən H. gallinarum parazit helmintinin dəri-əzələ kisəsinin ultrastruktur xüsusiyyətlərinin öyrənilməsinə həsr edilib.

İri həcmli fundamental tədqiqatlar aparılması ilə əlaqədar olaraq ATU alimləri ilə yanaşı, həm yerli (BDU, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, UFAZ, Fizika İnstitutu, SDU, Radiasiya Problemləri İnstitutu), həm də xarici ölkələrin universitet və qurumlarının (Dalhousie Universiteti (Kanada), Manchester Metropolitan Universiteti (İngiltərə), Ege Universiteti (Türkiyə), Strasburq və Lorraine Universitetləri (Fransa), İlia Dövlət Universiteti (Gürcüstan), İvane Beritashvili adına Eksperimental Biotibb Mərkəzi (Gürcüstan), New Vision Universiteti (Gürcüstan), Gazi Universiteti (Türkiyə), Metal və Texnologiya İnstitutu (Sloveniya)) alimləri də yaxından iştirak ediblər.

Yüksək impakt faktorlu jurnallarda dərc olunan məqalələrin siyahısını təqdim edirik:

1. Hajiyeva A., Mamedov Ch., Gasimov E., Rzayev F., Isayev O., Khalilov R., Eftekhari A., Benis K.Z.. Ultrastructural investigation of iron oxide nanoparticles accumulation in the liver of common carp (Cyprinus carpio Linnaeus, 1758). Aquatic Toxicology 272, July (2024) 106961. https://doi.org/10.1016/j.aquatox.2024.106961 (Scopus, Web of Science – Q1), Impakt factor – 4.5

2. Zhvania M., Lobzhanidze G., Pochkhidze N., Japaridze N., Tchelidze P., Rzayev F., Gasimov E. Propionic acid affects the synaptic architecture of rat hippocampus and prefrontal cortex. Micron, 2024, Vol. 181, 103624, 1-8 DOI: 10.1016/j.micron.2024.103624 (Scopus, Web of Science – Q2), Impakt factor - 2.4

3. Baghirov M.B., Muradov M., Eyvazova G., Azizian-Kalandaragh Y., Mammadyarova S., Kim J., Gasımov E., Rzayev F. Effect of sulphidation process on the structure, morphology and optical properties of GO/AgNWs composites. RSC Advances. 2024, 14, 2320–2326 DOI: 10.1039/d3ra08044g (Scopus, Web of Science – Q2), Impakt faktor- 3.9

4. Gahramanli L.R., Muradov M.B., Kim J., Eyvazova G.M., Gasimov E.K., Rzayev F.H., Pietra M., Vacacela C.G., Bellucci S. Enhanced adsorption and degradation kinetics of methylene blue by Ag–Ag2S–CdS hybrid nanowires. Optical Materials 2024, 154, 115760, 1-13. https://doi.org/10.1016/j.optmat.2024.115760 (Scopus, Web of Science – Q2), Impakt factor - 3.8

5. Zeynalov E.B., Allen N.S., Naghiev Ya.M., Huseynov A.B., Rzayev F.H. Formal kinetics of catalytic oxidation of diesel paraffin-naphthenic fraction in the presence of carbon nanotubes containing Co, Mn and Fe. Journal of Physics and Chemistry of Solids. 2024, Volume 195, 1-6, 112263 https://doi.org/10.1016/j.jpcs.2024.112263 (Scopus, Web of Science – Q2), Impakt factor – 4.3

6. Taghiyeva N., Hasanova U., Millet M., Gardiennet C., Gakhramanova Z., Mirzayev M.H., Gahramanly L., Pham-Huu C., Aliyeva G., Rzayev F., Gasimov E., Boulogne C., Akhundzada H.V. Synthesis and Characterization of Novel Adsorbents Based on Functionalization of Graphene Oxide with Schiff Base and Reduced Schiff Base for Pesticide Removal. Materials 2024, 17, 4096. https://doi.org/10.3390/ma17164096 (Scopus, Web of Science – Q2), Impakt factor – 3.4

7. Baghirov M.B.; Muradov M.; Eyvazova G.; Mammadyarova S.; Azizian-Kalandaragh Y.; Musayeva N.; Gasımov E.; Rzayev F. Preparation anisotropic AgNWs/PVA/Ag2S nanocomposites via vapor-phase sulfidation process. RSC Advances., 2024, 14, 16696 DOI: 10.1039/d4ra01585a (Scopus, Web of Science – Q2), Impakt factor – 3.9

8. Gahramanli L.; Muradov M.B.; Kim J.; Eyvazova G.M.; Gasimov E.K.; Rzayev F.; La Pietra M.; Vacacela C.G.; Bellucci S. Ag–Ag2S–CdS nanostructures: formation, physical characteristics and role in methylene blue removal. Journal of Materials Science: Materials in Electronics, 35, 1799 (2024). https://doi.org/10.1007/s10854-024-13539-8 (Web of Science, Scopus, Q2), Impakt factor – 2.8

9. Baghirov M.B., Muradov M., Huseynov E., Gasimov E.K, Rzayev F.H., M. Conradi. The influence of gamma radiation on the structure and morphology of AgNWs/GO nanocomposites. Radiation Physics and Chemistry. (2024), 226, 112258 https://doi.org/10.1016/j.radphyschem.2024.112258 (Web of Science, Scopus, Q1), Impakt factor – 2.8

10. Rzayev F.H., Nasirov A.M., Isayev O.R., Gasimov E.K., Rzayeva G.F. Ultrastructural Characteristics of the Body Wall in Adult Helminth Heterakis gallinarum Schrank, 1788 (Nematoda: Heterakidae). Egyptian Journal of Veterinary Sciences. Vol. 56, No. 3, pp. 511-523 DOI: 10.21608/EJVS.2024.275741.1902 (Scopus, Web of Science – Q3).