Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində 2 xəstə üzərində Dr. Aytən Eyvazova tərəfindən CCL əməliyyatı tətbiq olunub.
Birinci xəstənin bir gözündə Transepitelial CCL, digər gözündə isə Standart CCL əməliyyatı aparıldı.
Transepitelial CCL-nin üstünlüyü odur ki, buynuz qişanın epiteli qaşınmır, deepitelizasiya ilə baölı ağırlaşma qeyd olunmur. Proses qısa olur və heç bir ağrə və diskomfort hissi olunmur.
Standart CCL-də isə epitel qaşınır,daha sonra 9 dəq. ərzində UV şüalanma aparılır. Bu əməliyyat epitel götürüldüyü üçün ağrılı olur. Xəstə 7-10 gün torlu görür, diskomfort hissi olur.
İkinci xəstənin bir gözündə standart CCL, digər gözündə isə Transepitelial CCL – iontoforezlə birgə aparılıb.
Ümumilikdə Keratokonus nədir?
Keratakonus- gözün ön təbəqəsinin,yani korneanın irəliləyici miyopiya və astiqmatizm ilə birlikdə incəlməsi və sivriləşməsiylə xarakterizə olunan xəstəliyidir.
Xəstəliyin klinik əlamətləri 15-16 yaşlarda meydana çıxıb,20-40 yaş arasında İnkişaf edir.Artıq 40 yaşından sonra xəstəliyin inkişafı dayanır.
Keratokonusun səbəbi tam aşkarlanmayıb. Xəstəliyin əmələ gəlməsində 3 əsas səbəb irəli sürülür.
Brinci olaraq,genetik meyllik: Digər ailə üzvlərində bu xəstəliyin olması, Atopik allergik xəstəliklər kimi ailəvi genetik xəstəlikləri , İkinci səbəb kimi ətraf faktorlar: Mütamadi olaraq gözləri ovuşdurma alışqanlığı, daimi günəş işığına məruz qalma, sərt konktakt linzaların istifadəsi. Üçüncü səbəb olaraq oksidləşdirilmənin təsiri göstərilir.
Bu xəstələrin əsas şikayətləri isə gözdə qaşınma sulanma, işıga qarşı həssaslığın artması, bəzən iki görmə, gecələr işıqlarda saçılma, göz qamaşması, görmənin azalması və eynək nömrələrinin sıx-six dəyişməsinə baxmayaraq ,aydın görmənin olmaması.
Müalicə metodları olaraq isə 4 üsul mümkündür. Bunlar: sərt kontakt linzalar( görməni təmin edir ), Korneal Crosslinking ( xəstəliyin inkişafını dayandırır), Kornea içi halqa (Koneal Ring ) və Keratoplastika.