ATU-nun Elmi Araşdırmalar Mərkəzinin “Tibbi kimya şöbəsi”nin əməkdaşları Xudayar Həsənov, Şimid Qasımov və Əsmət Əzizovanın 2024-cü ilin dördücü kvartalına qədər 22 elmi əsəri çapdan çıxıb. Bu elmi əsərlərdən 12-si jurnal məqaləsidir və 11-i Q 1, Q 2, Q 3, Q 4 səviyyəli jurnallarda dərc olunub. Bu jurnalların sırasında neft-qaz sənayesi mütəxəssisləri, aspirantlar, tələbələr və elmi işçilər üçün nəzərdə tutulan “SOCAR Proceedings” və 2021-ci ilin sentyabr ayından “Scopus” beynəlxalq indeksləşmə bazasına daxil edilən “Chemical Problems” (“Kimya Problemləri”) jurnalları da var.
Qeyd edək ki, ATU-nun Böyük Elmi Şurasında beynəlxalq nüfuzlu elmi bazalara daxil olan jurnallarda məqalələri dərc edilən müəlliflərə həvəsləndirici mükafatların ayrılması tövsiyə olunub.