"Tibbdə marketinq və startap anlayışı: nəzəriyyədən uğurlu startapa gedən yol" mövzusunda təlimlər keçirilib

ATU tələbələrinə "Tibbdə marketinq və startap anlayışı: nəzəriyyədən uğurlu startapa gedən yol" mövzusunda təlimlər keçirilib

 Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika və Hərbi Tibb Fakültəsinin tələbələri üçün "Tibdə marketinq və startap anlayışı: nəzəriyyədən uğurlu startapa gedən yol" adlı təlimlər silsiləsi keçirilib.  29 noyabr 2024 tarixində "Tibbi marketinqin əsasları; Marketinqə giriş", 2 dekabr 2024 tarixində isə "Tibdə marketinqin təyini. Tətbiq olunan marketinqin əsas terminləri və prinsiplərinin öyrənilməsi, marketinq sahəsində müasir ideyalar və müxtəlifliklər" mövzusunda təlimləri baş tutub.

"KarnegiKlub Treninq Mərkəzi"nin rəhbəri, biznes-trener, Couch, NLP-Master – Dr. Nəcəf Allahverdiyev təlimçi tərəfindən qeyd olunan mövzularla bağlı çıxış edilib.

Seminarın sonunda mövzuya dair geniş diskussiya aparılıb. Hər iki təlimin sonunda mövzuya dair geniş diskussiya aparılıblar. Tələbələr Nəcəf bəyə onları maraqlandıran sualları ilə müaciət edib.