ATU rektoru "Səmərqənd-2020" adlı V Beynəlxalq Olimpiadasında iştirak edən tələbələrlə görüşüb

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli Özbəkistanda keçirilən tibb tələbələrinin "Səmərqənd-2020" adlı V Beynəlxalq Olimpiadasında iştirak edən tələbələrlə görüşüb

Rektor G.Gəraybəyli olimpiadada ATU-nu layiqincə təmsil edən tələbələri təbrik edib, ölkəmizin və universitetin imicinə müsbət təsir edən belə təşəbüslərin daim alqışlandığını bildirib. Rektor universitetdə elmi tədqiqatların aparılması üçün  şəraitin daha da təkmilləşdirilməsi baxımından  Tələbə Elmi Cəmiyyətinə marağın böyüdüyünü, tələbələrin araşdırmalara daha çox həvəs göstədiyini vurğlayıb. Professor G.Gəraybəyli universitetdə tələbələr tərəfindən elmi tədqiqat işlərinin aparılmasına hərtərəfli dəstək göstəriləciyini bir daha qeyd edib. Həmçinin, rektor G.Gəraybəyli  olimpiadalarda iştirak etmiş tələbələr üçün onların əldə etdikləri nəticələrə uyğun olaraq  mükafatların təsis olunacağını da bildirərərk tədbir iştirakçılarını təbrik edib və onlara gələcək fəlaiyyətlərində uğurlar diləyib. 

Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan daha çox tələbələrin elmi işlərini beynəlxalq səviyyəyə çıxara bilməsi üçün ATU-da münbit şəraitin olduğunu və bu istiqamətdə atılan addımların daha da atırılacaığnı bildirərək tələbələər uğurlar arzulayıb. Universitetin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri t.e.d Müşfiq Həsənov çıxışında ATU TEC-in üzvləri arasında stimullaşdırıcı tədbirlərin formalaşmasında göstərdiyi dəstəyə görə rektor Gəray müəllimə bütün tələbələr adından öz minnətdarlığını bildirdi.