ATU-nun Elmi Tədqiqatların İdarə Olunması Departamentinin təşəbbüsü ilə “Azərbaycan Tibb Universiteti Jurnalı” (İSSN 2788-9807) 2025-ci ildə yeni formatda işıq üzü görəcək
Elektron şəkildə yayılan (www.atuj.az) jurnalın auditoriyasına bütün səviyyələrdə təhsil almış təcrübəli tibb, ictimai səhiyyə, stomatologiya və əczaçılıq mütəxəssisləri daxildir. Jurnalın ilk nömrəsi Azərbaycan Tibb Universitetinin 95 illiyinə həsr olunacaq.
Xatırladaq ki, “Azərbaycan Tibb Universiteti Jurnalı” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20.09.2024 il tarixli qərarı ilə tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilib. Bütün məqalələrə DOİ (digital object identifier) verilir. Nəşrlərə dair tələblərlə www.atuj.az saytında tanış olmaq olar. Hər hansı sual yaranarsa, Elmi Tədqiqatların İdarə Olunması Departamentinə müraciət edə bilərsiniz.