Magistratura təhsil səviyyəsində qış sessiya imtahanları yekunlaşıb

Azərbaycan Tibb Universitetində magistratura təhsil səviyyəsində 2024-2025-ci tədris ilində qış sessiya imtahanları yekunlaşıb. Yanvarın 6-da başlayan imtahanlar 31-dək davam edib.

İmtahanlar 9 ixtisaslaşma üzrə: Əczaçılıq kimyası, Farmakoqnoziya, Toksikoloji kimya, Əczaçılıq texnologiyası, Əczaçılığın təşkili (Menecment (əczaçılıq sahəsi üzrə), Klinik (tibbi) psixologiya, Menecment (Səhiyyə sahəsi üzrə), Mikrobiologiya və Biokimya olmaqla, 1 və 2– ci kurslarda toplam 129 fənn üzrə imtahan keçirilib. I kursda canlı formatda 39, test üzərindən 32 fəndən; II kursda isə 58 fəndən imtahan reallaşıbdır.

Əczaçılıq kimyası ixtisaslaşması üzrə I kursda: - Əczaçılıq kimyası kafedrasında canlı formatda bilet üzərindən: Tibbi kimya-1; Əczaçılığın tarixi və metodologiyası; Əczaçılıq kimyası üzrə tədqiqat işlərinin aparılması; Əczaçılığın müasir probləmləri fənlərindən, VTM – də test formatında isə: Ali məktəb pedaqogikası; Psixologiya; Xarici dil; Biostatistikanın əsasları fənlərindən imtahan keçirilib. II kursda: - Üzvi sintez reaksiyaları; Dərman vasitələrinin stabilləşdirilməsi; Etibarlı laborator təcrübəsi; Əczaçılıq analizində xromatoqrafk üsullar; Dərman maddə sintezinin əsas prinsipləri fənlərindən Əczaçılıq kimyası kafedrasında canlı formatda bilet üzərindən imtahan keçirilib.

Farmakoqnoziya ixtisaslaşması üzrə I kursda: - Farmakoqnoziya kafedrasında canlı formatda bilet üzərindən: Farmakoqnoziya sahəsi üzrə tədqiqat işinin aparılması; Fitokimya 1; Əczaçılığın müasir problemləri; Əczaçılığın tarixi və metodologiyası, VTM – də test formatında isə: Xarici dil; Biostatistikanın əsasları; Psixologiya; Ali məktəb pedaqogikası fənlərindən imtahan keçirilmişdır. II kursda: - Heyvan və mineral mənşəli xammallar; Bioloji fəallığa malik qida əlavələri; Farmakopeya məqalə və monoqrafiyaların hazırlanması; Bitki çayları; Fitoterapiya; Xromatoqrafik analiz üsulları; Müasir farmakoqnostik analiz üsulları fənlərindən Farmakoqnoziya kafedrasında canlı formatda bilet üzərindən imtahan keçirilib.

 Toksikoloji kimya ixtisaslaşması üzrə I kursda: - Əczaçılıq toksikologiyası və kimya kafedrasında canlı formatda bilet üzərindən: Analitik kimyanın toksikologiyada tətbiqi; Toksikoloji kimyanın tarix və metodologiyası; Toksikoloji kimya sahəsi üzrə müasir problemlər; Toksikoloji kimya sahəsi üzrə tədqiqat işinin aparılması, VTM – də test formatında isə: Xarici dil; Biostatistikanın əsasları; Psixologiya; Ali məktəb pedaqogikası fənlərindən imtahan keçirilib. II kursda: - Tibbi üzvi kimya; Sintetik uzvi zəhərlərin toksikoloji analizi; Mikotoksinlər; Ksеnоbiоtiklərin tоksikоkinеtikası və tоksikоdinamikası; Kosmetik vasitələrin toksikliyi; Dərman dizaynında toksikoloji tədqiqatlar; Ətraf mühit toksikologiyası; Fitoterapiyada istifadə olunan bitkilərin toksikologiyası fənlərindən Əczaçılıq toksikologiyası və kimya kafedrasında canlı formatda bilet üzərindən imtahan keçirilib.

 Əczaçılıq texnologiyası ixtisaslaşması üzrə I kursda: - Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında canlı formatda bilet üzərindən: Əczaçılıq texnologiyasında istifadə olunan əməliyyat; Əczaçılıq texnologiyası sahəsi üzrə tədqiqat işinin aparılması; Əczaçılıq texnologiyasının tarixi və metodolgiyası, VTM-də test formatında isə: Xarici dil; Biostatistikanın əsasları; Psixologiya; Ali məktəb pedaqogikası fənlərindən imtahan keçirilmişdır. II kursda: - Biofarmasiya və farmakokinetika; Okulyar sistemlər və göz dərman formalarının texnologiyası; Stomatoloji təcrübədə istifadə olunan dərman daşıyıcı sistemlər; Texnoloji proseslərdə validasiya; Dərman daşıyıcı yeni sistemlər; Homeopatik dərman formalarının texnologiyası; Yara örtükləri; Etibarlı istehsalat təcrübəsi fənlərindən Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında canlı formatda bilet üzərindən imtahan keçirilib.

Menecment (əczaçılıq sahəsi üzrə) ixtisaslaşması üzrə I kursda: - Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında canlı formatda bilet üzərindən: Əczaçılıq qanunvericiliyinin əsasları; Əczaçılıq tarixi və metodologiyası; Əczaçılığın müasir problemləri; Əczaçılığın təşkili sahəsi üzrə tədqiqat işlərinin aparılması, VTM-də test formatında isə: Xarici dil; Biostatistikanın əsasları; Psixologiya; Ali məktəb pedaqogikası fənlərindən imtahan keçirilib.  

Əczaçılığın təşkili ixtisaslaşması üzrə II kursda: - Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında canlı formatda bilet üzərindən: Əczaçılıq lоgistikası; Xəstəxana aptekinin idarəedilməsi; Əczaçlıq fəaliyyətinin beynəlxalq tənzimlənməsi (ÜST); Əczaçılıqda audit xidməti; Əczaçılıq markеtinqi; Dərmanların səmərəli istifadəsi və farmakonəzarət fənlərindən Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında canlı formatda bilet üzərindən imtahan keçirilib.

Klinik (tibbi) psixologiya ixtisaslaşması üzrə I kursda: - Psixiatriya kafedrasında canlı formatda bilet üzərindən: Klinik psixologiyada qanunvericilik və etika; Klinik psixologiyada tədqiqat metodları və empirik-eksperimental təcrübə; Sağlamlıq psixologiyası; Psixologiya elminin müasir problemləri; Psixologiya elminin tarixi və metodologiyası, VTM-də də test formatında isə: Xarici dil; Ali məktəb pedaqogikası fənlərindən imtahan keçirilib.  II kursda: -Neyropsixologiya; Uşaq və yeniyetmə klinik psixologiyası; Koqnitiv davranış terapiyası; Psixoterapiyanın əsasları; Psixoloji diaqnostika üsulların tətbiqi-psixometrik qiymətləndirmə; Ailə psixologiyası Psixiatriya kafedrasında canlı formatda bilet üzərindən imtahan keçirilib.

Menecment (Səhiyyə sahəsi üzrə) ixtisaslaşması üzrə I kursda: - İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında canlı formatda bilet üzərindən:  Qlobal səhiyyənin əsasları; Menecmentin müasir problemləri; Epidemiologiyanın əsas prinsipləri və üsulları; Tədqiqat metodları fənlərindən imtahan keçirilib, VTM-də test formatında isə:  Səhiyyə iqtisadiyyatı, maliyyə uçotu; Səhiyyədə informasiyaların idarəolunması fənlərindən imtahan keçirilib.  II kursda: -  Tədqiqatlar, kommunikasiya və innovasiya; Strateji idarəetmə; Elmi-tədqiqat təcrübəsi; Elmi-pedaqoji təcrübə; Tibb müəssisələrində idarəetmə təcrübəsi fənlərindən  İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında canlı formatda bilet üzərindən imtahan keçirilib.

Mikrobiologiya ixtisaslaşması üzrə I kursda: - Tibbi mikrobiologiya və immunologiya kafedrasında canlı formatda bilet üzərindən: Ümumi mikrobiologiya; Mikrobiologiya sahəsi üzrə tədqiqat işinin aparılması; Mikrobiologiyanın müasir problemləri; Mikrobiologiyanın tarixi və metodologiyasıixtisası, VTM-də test formatında isə: Psixologiya; İngilis dili; Ali məktəb pedaqogikası; Elm və təhsildə kompyuter texnologiyaları fənlərindən imtahan keçirilib.  II kursda: -  Tibbi virusologiya; Tətbiqi mikrobiologiya; Gen mühəndisliyi və biotexnologiya; Tibbi parazitologiya; Ətraf mühit mikrobiologiyası; İnsan mikrobiotası; Qida mikrobiologiyası; İnfeksion nəzarət fənlərindən Tibbi mikrobiologiya və immunologiya kafedrasında canlı formatda bilet üzərindən imtahan keçirilib.

Biokimya ixtisaslaşması üzrə I kursda: - Bioloji kimya kafedrasında canlı formatda bilet üzərindən: Biokimyəvi tədqiqat üsulları və elmi-tədqiqat işinin aparılması; Biokimyanın müasir problemləri; Biokimyanın tarix və metodolo-giyası; Biokimyanın əsasları. Metabolizm VTM-də test formatında isə: Psixologiya; İngilis dili; Ali məktəb pedaqogikası; Elm və təhsildə kompyüter texnologiyaları fənlərindən imtahan keçirilib.  II kursda: -  Gen mühəndisliyi və rekombinant DNT; Əzələ və sinir toxumasının biokimyası. Neyromediatorlar; Qanın biokimyası. Antimikrob peptidlər; Qaraciyərin biokimyası. Ksenobiotiklərin metabolizmi; Dayaq-hərəkət sisteminin və birləşdirici toxumanın biokimyası; Su-duz mübadiləsi Bioloji kimya kafedrasında canlı formatda bilet üzərindən imtahan keçirilib.