Azərbaycan Tibb Universitetində (ATU) əməkdaşlar üçün EBSCO resurslarının işləmə qaydası haqqında vebinar keçirilib.
ATU-nun Elmi tədqiqatların idarə olunması departamentinin təşəbbüsü ilə baş tutan tədbirdə “Azərbaycan Tibb Universitetinin elmi-tədqiqat, praktiki və tədris fəaliyyətində tam mətnli elektron tibbi elmi resurslara çıxış və istifadə” mövzusunda ətraflı məlumat verilib.
EBSCO-nun təmsilçisi İrina Serjan tərəfindən vebinar iştirakçılarına, tibbi jurnalların toplusu MEDLINE Ultimate, tibbi şəkillərin toplusu SMART və DynaMed tibbi məlumat bazası haqqında geniş məlumat verib, portallarda qeydiyyatdan keçmə qaydası, distant istifadə imkanı, istifadə qaydaları, resursların üstünlükləri barəsində məlumat verib.
Qeyd edək ki, MedLine Ultimate resursu tədqiqatçılara, doktorant və dissertantlara 2500-dən artıq tibbi jurnallardan açıq istifadə imkanı yaradır. Dynamed resursu isə həkimlərə xəstələrin diagnostika və müalicəsini sübuta əsaslanmış tibbi prinsiplərinə əsaslanaraq aparmaq imkanı yaradır. Smart İmage resursu tədris zamanı müxtəlif patologiyaya aid şəkillər və animasiya toplusunun köməyi ilə auditoriyaya geniş və aydın izah etmək imkanı yaradır.
Vebinar iştirakçıları sertifikatla təltif olunublar. Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Vebinarın yazısı aşağıdakı linkdə təqdim olunub: