Aprelin 4-də ATU-nun Elmi Araşdırmalar Mərkəzində “Süd vəzi xərçəngində Estrogen Reseptor-𝛼 (ER𝛼) ilə digər steroid reseptorları arasındakı qarşılıqlı əlaqənin rolu” mövzusunda seminar keçirilib
Seminarı Elmi Araşdırmalar Mərkəzinin direktor müavini, dosent Elçin Əkbərov açaraq, son dövrlər gənclərimiz arasında elmə həvəs göstərənlərin çoxalmasını müsbət hal kimi dəyərləndirib və aparılan araşdırmaların əhəmiyyətini vurğulayıb. Bu nöqteyi-nəzərdən mövzunun aktuallığına diqqət çəkərək, təqdimat üçün sözü dövlət proqramı iştirakçısı, Birləşmiş Krallığın Esseks Universitetində PhD təhsili alan Aygün Azadovaya verib.
Araşdırmalarının əsas tezislərinə toxunan məruzəçi, Estrogen Reseptor-𝛼 (ER𝛼) ilə digər steroid reseptorları arasındakı qarşılıqlı əlaqənin xəstələrin müalicəsində necə tətbiq edilməsindən danışıb. Eyni zamanda xromatin immunopresitasiya və sekvensləmə (ChİP sekvensləmə) analizinin nəticələrini, eləcə də araşdırmanın gələcək istiqamətlərini diqqətə çatdırıb.
Mərkəzin Morfologiya şöbəsinin müdiri, t.ü.f.d Fərid Müseyibov, Tibbi kimya şöbəsinin müdiri, professor Xudayar Həsənov və elmi işçi, t.ü.f.d Rəna Kərimova süd vəzi xərçəngi ilə əlaqəli digər problemlərin də araşdırılmasının vacibliyni söyləyərək, gənc tədqiqatçıya öz tövsiyələrini veriblər.