Azərbaycan Tibb Universitetinin (ATU) Epidemiologiya və biostatistika kafedrasının assistenti Nazxanım Qasımova Türkiyənin Ege Universitetində dərs deyib. Orhun mübadilə proqramı çərçivəsində baş tutan səfər zamanı ATU təmsilçisi Ege Universitetinin İctimai Səhiyyə kafedrasında “Yoluxucu xəstəliklərin epidemiologiyası” mövzusunda assistentlər üçün mühazirələrlə çıxış edib.
N.Qasımova iki akademik həftə boyunca Ege Universitetində dərs deməklə yanaşı, müxtəlif elmi araşdırmalarda iştirak edib, iş sağlığı və təhlükəsizliyi sahəsində aparılan tədbirlərə də qatılıb.