“Oxbridge Academy” məktəbinin şagirdləri ATU-nun Anatomiya muzeyi ilə tanış olublar

Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrası nəzdində fəaliyyət göstərən Anatomiya muzeyi hər zaman nəyinki tibb işçilərin və tələbələrin, eyni zamanda digər sahədə çalışan və təhsil alan insanların böyük diqqətini çəkib.
Aprelin 10-da Bakının ən nüfüzlu məktəblərindən biri olan “Oxbridge Academy”-nin 7C və 7I siniflərinin şagirdləri və onların müəllimləri ATU-nun Anatomiya muzeyini ziyarət ediblər. İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti, t.ü.d.f. Misir Bayramov yeniyetmə ziyarətçilərə bir əsrdən artıq fəaliyyət göstərən muzey haqqında ətraflı məlumat verərək, qonaqları muzeydə yerləşən çoxsaylı eksponatlar ilə tanış edib.

Maraqlı və maarifləndrici tədbir zamanı sagirdlər öz təsüratlarını paylaşıblar. 7I sinifin şagirdi Məryam Məhdiyeva hələ uşaq yaşlarından gələcəkdə həkim olmaq və insanlara kömək etmək arzusunda olduğunu bildirib. Məhz buna görə uzun müddət Anatomiya muzeyini ziyarət etmək istəyib. 7C sinifində oxuyan Nilay Ahadzadə ekskursiyanın olduqca maraqlı və yaddaqalan olduğunu vurğulayıb. O, bu gün anatomiya sahəsi üzrə bir çox yeni biliklər əldə etdiyini deyib.

Sonda “Oxbridge Academy”-nin müəllimləri və sagirdləri ekskursiyanın təşkilinə görə ATU-nun rəhbərliyinə və muzeyin işçilərinə dərin təşəkkürlərini bildiriblər.