Stomatologiya fakültəsində maarifləndirici müsabiqə keçirilib

Azərbaycan Tibb Universitetinin 95 illik yubileyi çərçivəsində Stomatologiya fakültəsinin 2 kurs tələbələri üçün yaradıcı-maarifləndirici müsabiqə təşkil olunub

 Tədris-Stomatoloji Klinikasının Tədris mərkəzində bir saat ərzində keçirilən müsabiqə zamanı tələbələr bıçaq vasitəsilə sabundan diş və çənə modelləri düzəldiblər.

ATU-nun Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov tədbirin tələbələrin dünyagörüşünün genişləndirilməsi və tədris prosesinə marağın artırılması məqsədinə xidmət etdiyini bildirib. Müsabiqənin gedişatını izləyən professor N.Pənahov tələbələrə uğurlar arzulayıb.

Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva çıxışında müsabiqənin qaydaları haqqında məlumat verib və iştirakçılara müvəffəqiyyətlər diləyib. 

Müsabiqə iştirakçılarının əl işləri munisiflər tərəfindən qiymətləndirilib. Qaliblərə sertifikatlar və “Prosthodontics. Propaedeutics” (müəlliflər: N.A.Pənahov, E.R.Əliyeva, S.İ.Əhmədov) adlı dərslik hədiyyə olunub.

undefined