ATU-nun kafedra müdiri beynəlxalq konqresdə çıxış edib

Aprelin 9-dan 12-dək Türkiyənin Antalya şəhərində ağciyər xəstəlikləri üzrə beynəlxalq konqres keçirilib

 Türkiyənin Ağciyər Sağlamlığı və Reanimasiya Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə ABŞ, İngiltərə, Almaniya, Azərbaycan, İrlandiya, Hollandiya və İspaniyadan 1112 nəfər iştirak edib.

Bronxial astma, ağciyər vərəmi, interstisial ağciyər xəstəlikləri, ağciyərlərin xroniki obstruktiv xəstəliyi və digər ağciyər patologiyalarının diaqnostika və müalicəsinə müasir yanaşmalara həsr olunan bu konqresə Azərbaycandan ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov və kafedranın əməkdaşı Ceyhun İsmayılzadə qatılıb.

R.Bayramov dəvətli məruzəçi qismində “Azərbaycanda vərəm: mövcud durum və hədəflər” mövzusunda çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Əməkdaşlarımız tədbir çərçivəsində Türkiyə və digər ölkələrdən olan mütəxəssislərlə fikir mübadiləsi və müzakirələr aparıb.