Aprelin 12-dən etibarən Azərbaycan Tibb Universitetində aralıq imtahanlara start verilib
Aprelin 16-da ATU-nun rektoru, professor Gəray Gəraybəyli imtahan prosesini izləyib, tələbələrlə söhbət edib. O, sessiyanın təşkili, prosesin gedişatı ilə bağlı tələbə və nəzarətçilərin fikirlərini öyrənib.
Universitetin rəhbər və məsul şəxsləri prosesin şəffaf aparılması, imtahanların qaydalara uyğun şəkildə keçirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi barədə rektora məlumat veriblər.
İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Rəmzi Əliyev həyata keçirilən tədbirlər sırasında imtahan zalında kameraların yeniləndiyini, tələbələrin internet (IP) və fiziki izolyasiyasının təmin olunduğunu bildirib. Bundan əlavə, bu il imtahan sualları öncədən ekspertlər tərəfindən təsdiqlənib və sayı dəqiqləşdirilib. Sualların keyfiyyətcə qiymətləndirilməsi sonradan imtahan nəticələri ilə bağlı apellyasiya şikayətlərinin azalmasına təsir edəcək.
Qeyd edək ki, ixtisas fənləri üzrə aparılan aralıq imtahan sessiyası aprelin 26-dək davam edəcək.