Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Tədqiqatların İdarə olunması Departamentinin təşkilatçılığı ilə 17 aprel tarixində “Clarivate” şirkəti tərəfindən seminar keçirilib
Tədbirdə şirkətin müştəri müvəffəqiyyəti üzrə məsləhətçisi İltifat İbrahimov “Web of Science” platforması və onun resursları haqqında geniş məruzə edib. İ.İbrahimov, seminar iştirakçıları üçün Web of Science Core Collection, Journal Citation Reports, EndNote referans idarəetmə sistemi kimi məhsulların üstünlükləri, tədqiqatçıların həmin resurslardan istifadə imkanları haqqında ətraflı məlumat verib.
Tədbirin davamında suallar hərtərəfli cavablandırıldı. Seminarın sonunda Elmi Departamentin rəhbəri, professor Eldar Qarayev və dosent Sevinc Pənahova İltifat İbrahimova Təşəkkürnamə təqdim etdi və tədbir iştirakçıları ilə xatirə fotoşəkilləri çəkildi.