Azərbaycan Tibb Universitetinin Elmi Departamentının startap koordinatoru dosent Ayət Cəfərova İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Qlobal sahibkarlıq akademiyası (Students Academy for Global Entrepreneurship - SAGE HQ) tərəfindən Türkiyənin Anabilim okulları tədris müəssisəsində təşkil olunan “Startap Sprint” təlimində mentor qismində iştirak edib.
Türkiyənin Anabilim okulları tədris müəssisəsində keçirilən təlimdə dosent Ayət Cəfərova startap komandalarına mentorluq edərək onlara təqdimat bacarıqlarının gücləndirilməsi, universitet mühitində sahibkarlığın təşviqi istiqamətində dəstək göstərib.
Təlim çərçivəsində ATU-nun əməkdaşı Türkiyə innovasiya ekosistemində fəaliyyət göstərən yeni startaplarla tanışlıq imkanı da qazanıb. Təlim ATU-nun innovasiya və sahibkarlıq sahəsindəki fəaliyyətlərinin inkişafı, innovativ mühitin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.