

Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli və assistent Tağıyeva Mədinənin həmmüəllifi olduqları “Clinical spectrum and genetic landscape of Duchenne muscular dystrophy in Azerbaijan” adlı elmi məqalə yüksək impakt faktorlu beynəlxalq “European Journal of Paediatric Neurology” jurnalında dərc olunub.
Məqalədə Azərbaycanda Düşen (Duchenne) əzələ distrofiyasının (DMD) klinik və genetik xüsusiyyətləri təhlil edilib və ölkəmizdə bu sahədə aparılan ilk genişmiqyaslı tədqiqat nəticələri təqdim olunub.
Tədqiqatın nəticələri DMD xəstələrinin erkən diaqnostikası, genetik qiymətləndirilməsi və gələcək müalicə strategiyalarının inkişafı baxımından mühüm elmi əhəmiyyət kəsb edir.
