Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasında maarifləndirici tədbir keçirilib.
Tədbir zamanı ATU-nun tələbələri Ümummilli Liderin zəngin irsini əks etdirən kitablarla tanış olublar. Tələbələrə müasir Azərbaycanın banisi, Ulu Öndər Heydər Əliyevin həyatı və misilsiz xidmətləri haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, Əsaslı Kitabxananın kollektivi mütəmadi olaraq əlamətdar günlərlə əlaqədar tədbirlər və sərgilər keçirir. Bu cür addımlar gənc nəslin mütaliə marağının artırılmasına xidmət edir.