ATU-nun rəhbərliyi və kollektivi Ulu Öndərin xatirəsini yad edib
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Tibb Universitetinin rəhbərliyi və kollektivi Ulu Öndərin məzarını ziyarət edib.
Ümummilli Liderin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.