Türkiyəli professor ATU-nun kafedrasında akademik fəaliyyət göstərib

Ege Universiteti Hemşirelik fakültəsinin professoru Dilek Sarı iki həftə müddətində ATU-nun Tibb və sağlamlıq elmləri təhsili kafedrasında beynəlxalq mübadilə proqramı çərçivəsində akademik fəaliyyət göstərib

 Fəaliyyət zamanı professor İctimai səhiyyə fakültəsinin Tibb bacısı/qardaşı ixtisası üzrə təhsil alan tələbələrə kafedrada tədris olunan “Tibb bacılığının əsasları-1” fənni üzrə dərslərə qatılıb, kafedranın tədris proqramları ətrafında geniş müzakirələr aparıb və kafedrada təşkil olunan OSKİ imtahanının gedişini izləyib.

Universitetin Anatomiya kafedrası və muzeyi, İmtahan mərkəzi ilə tanış olan professor kafedra əməkdaşları ilə birlikdə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin yaranmasının 25 illik yubileyinə həsr olunmuş “Hərbi təbabətin aktual problemləri-2025" konfransında da iştirak edib.