ATU-da magistratura üzrə yeni tədris ilinə start verildi

Azərbaycan Tibb Universitetində (ATU) 2025–2026-cı tədris ili üçün magistratura səviyyəsində tədrisə başlanılıb

 Bu ildən etibarən universitetdə 20 ixtisaslaşma üzrə magistratura proqramları həyata keçirilir.

Tədris ilinin əvvəlində baza kafedralarda yeni qəbul olunan magistrantların professor-müəllim heyəti və kafedra əməkdaşları ilə görüşləri təşkil olunub. Görüşlər zamanı tələbələrə tədris planı, ixtisaslaşma istiqamətləri və proqramların əsas məqsəd və vəzifələri barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, magistratura pilləsində həyata keçirilən proqramlar tələbələrin elmi-nəzəri biliklərinin artırılması, praktik bacarıqlarının təkmilləşdirilməsi və gələcəkdə peşəkar fəaliyyətlərinə daha uğurlu şəkildə hazırlanmalarına xidmət edir.