ATU-da kurkuminin qoruyucu təsiri ilə bağlı elmi seminar keçirilib

Sentyabrın 23-də Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Araşdırmalar Mərkəzində elmi seminar baş tutub

Seminarda dövlət proqramı iştirakçısı Aysel Bayramova Kibar “Karbon tetraklorid təsirindən yaranan testis zədələnməsinə qarşı kurkuminin qoruyucu təsiri” mövzusunda elmi çıxışla iştirak edib.

Çıxış zamanı tədqiqatçının apardığı araşdırmalar əsasında karbon tetrakloridin testis toxumasına göstərdiyi zərərli təsirlər və bu təsirlərə qarşı təbii mənşəli maddə olan kurkuminin potensial qoruyucu xüsusiyyətləri ətraflı şəkildə təqdim olunub. Məlumat verilib ki, kurkumin antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə bu tip zədələnmələrin qarşısını almaqda əhəmiyyətli rol oynaya bilər.

Seminar iştirakçıları mövzu ətrafında fikir mübadiləsi apararaq araşdırmanın elmi və praktik əhəmiyyətini yüksək qiymətləndiriblər.