Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsi, Endodontiya ixtisası üzrə 1-ci kurs rezidenti Zivər İbrahimli Fransada keçirilən Avropa Endodontiya Cəmiyyətinin (ESE) 22-ci İkiillik Konqresində (Paris, 2025) iştirak edib
Gənc mütəxəssis tədbirdə “Temporomandibular oynağın disfunksiyasının endodontik müalicəyə təsiri” mövzusunda poster təqdim edərək elmi müzakirələrdə çıxış edib.
ATU rezidentlərinin beynəlxalq səviyyədə uğurlu iştirakı onların nəzəri və praktiki biliklərinin inkişafına, həmçinin universitetin dünya elmi ictimaiyyətində tanınmasına mühüm töhfə verir.