THİK-in təşkilatçılığı ilə birinci kurslarla tanışlıq görüşü keçirilib

Azərbaycan Tibb Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə birinci kurs tələbələri ilə tanışlıq görüşü baş tutdu

 Tədbirin əsas məqsədi yeni tələbələrin universitet həyatına adaptasiyasını sürətləndirmək, onları həm təhsil, həm də sosial fəaliyyət imkanları ilə tanış etmək idi. Görüş zamanı THİK-in nəzdində fəaliyyət göstərən müxtəlif tələbə klubları öz fəaliyyət istiqamətləri barədə təqdimatlar edərək, yeni tələbələrə akademik və şəxsi inkişaf baxımından faydalı ola biləcək layihələr, könüllülük proqramları və sosial tədbirlər barədə ətraflı məlumat verdilər.

Təqdimatlar zamanı vurğulandı ki, belə təşəbbüslər tələbələrin təşəbbüskar, yaradıcı və ictimai fəal gənclər kimi formalaşmasında mühüm rol oynayır. Eyni zamanda, bu cür görüşlər tələbələr arasında həmrəyliyin möhkəmlənməsinə və universitet həyatının daha maraqlı və mənalı keçməsinə şərait yaradır.