Bu gün İsrail Dövlətinin Azərbaycandakı Səfiri Dan Stav və missiya rəhbərinin müavini Arnir Rom ATU-nun qonağı olub.
ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev ATU-nun fəaliyyəti barədə qonaqlara məlumat verdi. Onun sözlərinə görə, bu ali təhsil ocağı 1919–cu ildə Bakı Dövlət Universitetinin tərkibində fakültə kimi yaradılıb. 1930-cu ildən isə müstəqil ali məktəb kimi fəaliyyət göstərməyə başlayb: "Universitetimiz bu il müstəqil universitet kimi 85 yaşını, fakültə kimi isə 96-cı yaşını qeyd edib". ATU-nun professor-müəllim heyəti haqqında da məlumat verən prorektor S.Əliyev bildirdi ki, 6 fakültəsi olan bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır: "Hazırda universitetdə 7000-dən çox tələbə və rezident, həmçinin 1000-dən çox xarici ölkə vətəndaşları olan tələbələr təhsil alırlar".
Prorektor S.Əliyev həmçinin ATU-nun nəzdindəki klinikalar barədə məlumat verdi.
İsrail Dövlətinin Azərbaycandakı Səfiri Dan Stav öz növbəsində qonaqpərvərlik üçün təşəkkür edərək, burada olmaqdan məmnunluğunu bildirdi. Qonaq gələcəkdə qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün əlindən gələcəyini dedi.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova İsrailin ali təhsil müəssisələri ilə ATU arasındaki əlaqələrdən danışdı. O ATU-nun bir sıra beynəlxaql layihələrdə yer aldığını, tələbələrin qarşılıqlı mübadilə proqramına qoşulduğununu da xatırlatdı.
Daha sonra ATU-nun xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyev hal hazırda ATU-da 4 İsrailli tələbənin təhsil aldığını bildirdi.O, həmçinin xarici tələbələr, onlar üçün yaradılan şərait haqqında da geniş məlumat verdi.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə şöbə müdiri Nadir Zeynalov da iştirak edirdi.