Bizi izləyin:
Heydər Əliyev
ATU əməkdaşları Azərbaycanın zəngin xalq təbabəti təcrübəsini dünyada tanıtmaq məqsədilə tədqiqatlar aparırlar

ATU əməkdaşları Azərbaycanın zəngin xalq təbabəti təcrübəsini dünyada tanıtmaq məqsədilə tədqiqatlar aparırlar

Azərbaycan Tibb Universitetinin (ATU) Farmakoqnoziya kafedrasının əməkdaşları son illər respublikanın müxtəlif bölgələrində aparılan etnofarmakoloji və etnobotanik tədqiqatları davam etdirirlər. Tədqiqat Azərbaycanın zəngin xalq təbabəti təcrübəsini dünyada tanıtmaq məqsədi daşıyır. 

Zaqatala rayonunda həyata keçirilən tədqiqatda etnotəbabətin müasir səviyyədə araşdırılması üçün tələb olunan müasir üsullardan istifadə edilib. 

Farmakoqnoziya kafedrasının müdiri, Əczaçılıq elmləri doktoru, professor Cavanşir İsayevin rəhbərliyi ilə tədqiqatın aparılmasında kafedranın əməkdaşları Esmira Hacıyeva, Esmira Xalilova, Nilufər Səfərova, və Günay Cəfərova ilə yanaşı, Zaqatala rayonunun yerli sakinləri də yaxından iştirak ediblər. 

Əldə olunan nəticələrə gəlincə, bu elmi tədqiqatlara həsr olunan ilk məqalə dünyada ən böyük elmmetrik istinad bazalarından biri sayılan “Scopus” bazasında Q2 kvartilli “Biodiversitas” jurnalında dərc edilib.  

https://smujo.id/biodiv/article/view/24415/9489

Paylaş

Dostlarınız ilə paylaşın.