Bizi izləyin:
Heydər Əliyev
ATU-da tələbələrlə müzakirə xarakterli görüş baş tutub

ATU-da tələbələrlə müzakirə xarakterli görüş baş tutub

Azərbaycan Tibb Universitetində (ATU) tələbələrlə görüş keçirilib. Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov son günlər tələbələr tərəfindən səsləndirilən məsələlərə münasibət bildirib və görüşün məqsədinin yaranmış narazılıqların şəffaf şəkildə müzakirəsi olduğunu qeyd edib.

Dosent K.Yaqubov tələbələrin müraciətlərinin əvvəlcə təhsil aldıqları müəssisədə araşdırılmasının vacibliyini vurğulayıb. O, Prezident təqaüdü ilə bağlı yeniliklər barədə məlumat verərək bildirib ki, göstəriciləri bərpa edən tələbələrin təqaüd hüququnun yenidən tanınması artıq mümkün olub.

Görüşdə ATU-nun beynəlxalq reytinq göstəricilərinə və universitetin uğurlarına da toxunulub. Qeyd edilib ki, abituriyentlərin ATU-ya yüksək marağı bu göstəricilərin təsdiqidir.

Tələbələrin tədris prosesi və tətbiq olunan sistemlərlə bağlı ümumi irad və təklifləri dinlənilib. Bildirilib ki, bu məsələlər müvafiq standartlara əsaslanır və ehtiyac olduğu halda əlaqədar qurumlarla birlikdə təkmilləşdirilməsi istiqamətində iş aparılır. Səsləndirilən bütün iradların araşdırılacağı və lazımi tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.

Görüşdə fakültə dekanları və dekan müavinləri də iştirak ediblər.

Paylaş

Dostlarınız ilə paylaşın.