
.jpg)
Dövri attestasiyadan kecməyən, üzrlü səbəbdən imtahana gəlməyən və analıq məzuniyyətindən qayıdan rezidentlər üçün 2025-ci il dekabr ayında Azərbaycan Tibb Universitetinin İmtahan mərkəzində təkrar dövri attestasiya keçiriləcək.
Dövri attestasiyanın test mərhələsində rezident 2 (iki) saat ərzində 50 test sualına cavab verməlidir. Test suallarına hər düzgün cavab 2(iki) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur (səhv cavablar düz cavablara təsir göstərmir). Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər dövri attestasiyadan keçmiş hesab olunurlar. Dövri attestasiyada iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.
Qeyd: Bütün rezidentlərin İmtahan mərkəzindən şifrələri götürmələri tələb olunur. Şəxsiyyət vəsiqəsi olmayan rezidentlər imtahana buraxılmayacaq!
Dövri attestasiyada üzürsüz səbəbdən iştirak etməyən həkim-rezidentlər növbəti ildə dövri attestasiyaya buraxılmayacaqlar!
Rezidentura və magistratura şöbəsi
