Bizi izləyin:
Heydər Əliyev
Həkim-rezidentlərin  nəzərinə

Həkim-rezidentlərin  nəzərinə

Dövri  attestasiyadan  kecməyən, üzrlü səbəbdən imtahana  gəlməyən və analıq məzuniyyətindən qayıdan rezidentlər üçün  16 dekabr 2025-ci  il tarixində saat 1000-da  Azərbaycan Tibb Universitetinin İmtahan mərkəzində təkrar dövri attestasiya keçiriləcək.

 Dövri attestasiyanın test mərhələsində rezident 2 (iki) saat ərzində 50 test sualına cavab verməlidir. Test suallarına hər düzgün cavab 2(iki) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur (səhv cavablar düz cavablara təsir göstərmir). Testin yekununa görə 60 və ya daha çox bal toplayan rezidentlər dövri attestasiyadan keçmiş hesab olunurlar. Dövri attestasiyada iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Qeyd: Şəxsi şifrəni unudan və ya itirən rezidentlərdən xahiş olunur ki, imtahan  başlamazdan ən az 30 dəqiqə öncə İmtahan Mərkəzinə müraciət etsinlər.

   Şəxsiyyət vəsiqəsi olmayan rezidentlər imtahana buraxılmayacaq!

Dövri attestasiyada üzürsüz səbəbdən  iştirak etməyən həkim-rezidentlər növbəti ildə dövri attestasiyaya buraxılmayacaqlar! 

 

Rezidentura  və magistratura şöbəsi

 

 

 

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.