Bizi izləyin:
Heydər Əliyev
Londonda Azərbaycan–Britaniya əməkdaşlığı çərçivəsində süni intellekt mövzusunda konfrans keçirilib

Londonda Azərbaycan–Britaniya əməkdaşlığı çərçivəsində süni intellekt mövzusunda konfrans keçirilib

Londonda Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyasının (AABP) təşəbbüsü və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Süni intellekt və geniş imkanlar: səhiyyə, mühəndislik və elmin transformasiyası Azərbaycan–Britaniya əməkdaşlığı çərçivəsində” mövzusunda konfrans təşkil olunub.

Tədbirdə “City of London”un keçmiş Lord meri Devid Vutton çıxış edərək konfransın əsas məqsədlərini diqqətə çatdırıb, Azərbaycan və Britaniya peşəkarları arasında əməkdaşlığın inkişafının əhəmiyyətindən danışıb.

Konfrans çərçivəsində keçirilən panel müzakirələrdə Böyük Britaniya və Avropanın aparıcı universitetləri, elmi-tədqiqat mərkəzləri və texnologiya şirkətlərini təmsil edən ekspertlər çıxış ediblər. Müzakirələr zamanı səhiyyədə diaqnostika və müalicə proseslərinə təsir göstərən innovativ yanaşmalar, mühəndislik və elmdə məlumat əsaslı tədqiqatların rolu, eləcə də rəqəmsal texnologiyaların gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan Tibb Universitetinin Elmi işləri üzrə prorektoru, professor Məlahət Sultan çıxış edərək universitetdə aparılan müasir elmi tədqiqatların metodologiyası, laboratoriya və klinik araşdırmaların təşkili barədə məlumat verib. O, elmi nəticələrin praktik tətbiqlərə çevrilməsi, səhiyyədə innovativ həllərin inkişafı istiqamətində görülən işləri vurğulayıb, eyni zamanda süni intellektin tədqiqat və diaqnostika sahələrində artan roluna diqqət çəkib.

Konfransda NICE, “Imperial College London”, King’s College London, “Halliburton”, UCLH NHS və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 

Paylaş

Dostlarınız ilə paylaşın.