Bizi izləyin:
Heydər Əliyev
ATU-nun Ortodontiya kafedrası Beynəlxalq Elmi-Praktik Konqresdə fəal iştirak edib

ATU-nun Ortodontiya kafedrası Beynəlxalq Elmi-Praktik Konqresdə fəal iştirak edib

20 dekabr 2025-ci il tarixində Azərbaycan Tibb Universitetinin (ATU) Ortodontiya kafedrasının əməkdaşları Beynəlxalq elmi-praktik konqresdə iştirak edib. Konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuşdur və ortodontiya sahəsində aktual elmi məsələlərin müzakirəsinə həsr olunub.

Tədbirdə ATU-nun Ortodontiya kafedrasının əməkdaşları fəal iştirak edib. Kafedranın müdiri, professor Ramidə Şadlinskaya konqresdə moderator və məruzəçi qismində çıxış edib. Dosent Zaur Novruzov, assistent Güney Həsənova və doktorant Arzu Əhədova isə ortodontik anomaliyaların diaqnostikası və müalicəsinə həsr olunmuş elmi məruzələrlə iştirak edib. Məruzələrdə müasir müalicə üsulları, klinik nəticələr və yeni elmi yanaşmalar ətraflı şəkildə təqdim olunub.

Konqresdə fəxri qonaq qismində dəvət olunmuş tanınmış ortodont-alim, professor Nejər Erverdi də elmi məruzə ilə çıxış edib. Onun təqdimatı müasir ortodontiyanın aktual problemlərinə həsr olunmuş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.Tədbir ortodontiya sahəsində elmi biliklərin paylaşılması, müasir müalicə yanaşmalarının müzakirəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Qurulan elmi əlaqələrin gələcəkdə də davam etdirilməsi və yeni əməkdaşlıqların formalaşdırılması nəzərdə tutulub.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.