

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim” ixtisası üzrə V kurs kursantı Seyidov Vüsal Mirşahin oğlu 2025-ci ildə əldə etdiyi yüksək nailiyyətlərə görə Azərbaycan Karate Federasiyası tərəfindən təltif edilib.
O, Polşanın Putawy şəhərində karatenin Fudokan üslubu üzrə keçirilən dünya çempionatında qızıl medal qazanıb və ölkəmizi uğurla təmsil edib. Bu münasibətlə Azərbaycan Karate Federasiyasının rəhbərliyi tərəfindən təşkil olunan “2025-ci ilin yekunları” adlı tədbirə dəvət olunan Vüsal Seyidov qiymətli hədiyyə (saat) və fəxri diplomla mükafatlandırılıb.
