Bizi izləyin:
Heydər Əliyev
2026-cı il üçün Tailand Beynəlxalq Əməkdaşlıq Agentliyi (TICA) beynəlxalq təlim kursları

2026-cı il üçün Tailand Beynəlxalq Əməkdaşlıq Agentliyi (TICA) beynəlxalq təlim kursları

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, Tailand Beynəlxalq Əməkdaşlıq Agentliyi (TICA) tərəfindən 2026-cı il üzrə müxtəlif istiqamətlərdə beynəlxalq təlim kurslarının təşkili planlaşdırılır.

Təlim kursları aşağıdakı mövzuları əhatə edir:

1. Səhiyyə və rifah mövzusu üzrə erkən uşaqlıq dövründə sağlamlıq və sağlamlığın təşviqi

2. Sərhəd bölgələrində səhiyyə sistemlərinin gücləndirilməsi

3. Davamlı inkişaf və icma davamlılığı üçün sağlamlığın təsirinin qiymətləndirilməsi

Qeyd olunan kurslar ingilis dilində keçiriləcək və hər bir kurs üzrə maksimum 3 nəfər namizədin iştirakı nəzərdə tutulur. Namizədlərin müvafiq sahə üzrə bilik və təcrübəyə malik olmaları tələb olunur.

Təlimlə bağlı bütün xərclər Tailand Beynəlxalq Əməkdaşlıq Agentliyi (TICA) tərəfindən qarşılanacaq.

Maraqlanan və uyğun namizədlər Beynəlxalq əlaqələr şöbəsi ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.

📌 Müraciət üçün son tarix: 30 yanvar 2026-cı il

Paylaş

Dostlarınız ilə paylaşın.