Bizi izləyin:
Heydər Əliyev
ATU həkimləri “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif ediliblər 

ATU həkimləri “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif ediliblər 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bir qrup tibb işçisini “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edib. Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, səhiyyə sahəsində yüksək peşəkarlıq göstərmiş, uzunmüddətli və səmərəli fəaliyyəti ilə fərqlənən 7 tibb işçisi mükafata layiq görülüblər.

Təltif olunanlar arasında Azərbaycan Tibb Universitetinin (ATU) peşəkar tibb işçiləri də var. Onları təqdim edirik:

Anar Namazov - Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının Transplantologiya şöbəsinin müdiri. Anar Namazov ölkədə transplantologiya sahəsində aparılan müasir tibbi praktikaların tətbiqi və inkişafında fəal iştirak edən mütəxəssislərdən biri kimi tanınır.

Hicran Xıdırova – Azərbaycan Tibb Universitetinin III daxili xəstəliklər kafedrasının assistenti, Tədris Terapevtik Klinikasının Hepatologiya şöbəsinin müdiri.

Tamara Quliyeva – Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, Onkoloji Klinikanın direktorunun müalicə işləri üzrə müavini.

Könül Fərhad-zadə – Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Poliklinika-diaqnostika şöbəsinin şüa diaqnostikası üzrə həkimi.

Təranə Musayeva – Azərbaycan Tibb Universitetinin Fizioterapiya və tibbi reabilitasiya kafedrasının dosenti, Tədris Terapevtik Klinikasının konsultativ-diaqnostik poliklinikasının müdiri.

Qeyd edək ki, bu təltif səhiyyə sahəsində çalışan mütəxəssislərin əməyinin dəyərləndirilməsi və onların fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır.

Döş nişanı ilə təltif olunan bütün həkimlərimizi təbrik edirik, fəaliyyətlərində uğurlar diləyirik!

Paylaş

Dostlarınız ilə paylaşın.