

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Neonatal intensiv terapiya şöbəsinin müdiri və I Uşaq xəstəlikləri kafedrasının assistenti Sərxan Elbəyiyev Türkiyənin Neonatoloji Dərnəyinin (Türk Neonatoloji Derneği) jurnalında Baş Redaktor (Editor-in-Chief) vəzifəsinə seçilib.
Bu təyinat Azərbaycan tibb elminin beynəlxalq aləmdə tanınmasının növbəti göstəricisi olmaqla, neonatal tibbdəki bilik və təcrübənin paylaşılmasında mühüm rol oynayacaq.
