.jpg)
“SAĞLAMLIQ VƏ TEXNOLOGİYANIN ZİRVƏSİ” ADLI YEKUN BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANSIN tezislərinin qəbuluna start verilir
Hörmətli həmkarlar!
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən cari ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi nəzərə alınaraq, 6-8 may 2026-cı il tarixlərində Azərbaycan Tibb Universitetində “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı yekun beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir.
Konfransın əsas məqsədi tibbin müxtəlif sahələrində, o cümlədən rəqəmsal transformasiya, genomika, süni intellekt, robotik cərrahiyyə, innovativ biotexnologiya və digər istiqamətlər üzrə əldə olunan elmi nəticələrin paylaşılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Konqres çərçivəsində aşağıdakı istiqamətlər üzrə işlərin aparılması planlaşdırılır:
-Daxili xəstəliklər üzrə yeniliklər və innovativ terapiya;
-Şəhərsalma və memarlıq ili: Tibb, sağlam şəhər və Dayanıqlı inkişaf məqsədləri (SDG) perspektivləri;
-Rəqəmsal tibb və süni intellektin klinik innovasiyaları
-Fundamental morfologiya və tibbi elmin inkişafı: Yeni perspektivlər və tədqiqatlar
-Neyro-reabilitasiya və psixi sağlamlıq: multidisiplinar perspektiv yanaşma
-Onkologiyada yeniliklər
-Pediatriyada yeniliklər və sağlam gələcəyin perspektivləri
-Cərrahi tibb: yeniliklər, texnologiya və təkmilləşdirilmiş praktika
-Reproduktiv sağlamlıq və ginekoloji praktikada innovasiyalar
-Tibb bacılığında elmi tədqiqatlar və sübutlara əsaslanan praktika
-Əczaçılıqda yeniliklər: Molekulyar dizayn və klinik effektivlik
-Ağız sağlamlığında yüksək texnologiyalar və yeniliklər
-Tibb elmi, innovasiya və startaplar: Elm, texnologiya və əqli mülkiyyətin sintezi
Konfransın materialları toplu şəklində dərc ediləcəkdir.
Təqdim ediləcək tezislər aşağıdakı tələblərə uyğun olmalıdır:
-Tezislər orijinal xarakter daşımalı və təkrar olmamalıdır
-Tezislər Azərbaycan və ya ingilis dillərində yazılmalıdır
-Tezisin həcmi 3000-3100 işarə sayı (probelsiz) təşkil etməli, A4 formatında “Arial” şrifti ilə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arası interval 1, sahələr soldan – 2 sm, sağdan – 1 sm, yuxarıdan – 2 sm, aşağıdan – 2 sm olmaq şərtilə təqdim edilməlidir
-Tezis ardıcıl olaraq: hər biri abzasdan (1 sm) başlamaq şərti ilə giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr, müzakirə/yekun və açar sözləri hissələrindən ibarət olmalıdır
-Tezisin əvvəlində baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə (1 interval aşağı) tezisin müəllifləri (soyadı, adı və atasının adı- tam şəkildə, qısaldılmamış), daha sonrakı sətirdə (1 interval aşağı) müəlliflərin çalışdığı kafedranın adı (digər müəssisələrdən olanlar üçün- müəssisənin adı, daha sonra kafedra və ya şöbəsi) qeyd edilməlidir
-Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalı və bir müəllif 2-dən çox tezis müəllifi olmamalıdır
-Tezislərin elektron variantı (word formatında) və pdf. variantı eyni zamanda birinci səhifədə kafedra müdiri və ya elmi rəhbərin dərkənarı olmaq şərtilə 10 aprel 2026-ci il tarixinə kimi [email protected] E- mail ünvanına göndərilməlidir.
Yuxarıda qeyd edilən tələblərin hər hansı birini ödəməyən tezislər çapa qəbul edilməyəcəkdir.
Əlaqələndirici şəxs: Püsən Məmmədova (050 529 45 55), ATU, Elmi Tədqiqatların İdarəolunması Departamenti
Nümunə forması
QARIN BOŞLUĞU ORQANLARININ ZƏDƏLƏNMƏLƏRİNİN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİNDƏ VİDEOLAPAROSKOPİYANIN ROLU
Həsənov Cavid Həsən oğlu
Azərbaycan Tibb Universiteti, Ümumi cərrahlıq kafedrası
Giriş ............................
Tədqiqatın məqsədi ..........................
Material və metodlar ...................................
Nəticələr ...................................
Müzakirə / Yekun...................................
Açar sözlər ...................................