.jpg)
Hörmətli həmkarlar!
5-6 iyun 2026-cı il tarixlərində Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcəkdir.
Konfrans çərçivəsində tibbi mikrobiologiya və immunologiya sahəsində son elmi yeniliklər, müasir yanaşmalar və tədqiqat nəticələri müzakirə olunacaqdır. Tədbirdə yerli və xarici mütəxəssislərin iştirakı gözlənilir.
Konfransın materialları toplu şəklində dərc ediləcəkdir.
Təqdim ediləcək tezislər aşağıdakı tələblərə uyğun olmalıdır:
Tezislər orijinal xarakter daşımalı və təkrar olmamalıdır
Tezislər Azərbaycan, rus və ingilis dillərində yazılmalıdır
Tezisin həcmi 3000-3100 işarə sayı (boşluqsuz) təşkil etməli, A4 formatında “Arial” şrifti ilə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arası interval 1, sahələr soldan - 2 sm, sağdan - 1 sm, yuxarıdan - 2 sm, aşağıdan - 2 sm olmaq şərtilə təqdim edilməlidir
Tezis ardıcıl olaraq: hər biri abzasdan (1 sm) başlamaq şərti ilə giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr, müzakirə/yekun və açar sözləri hissələrindən ibarət olmalıdır
Tezisin əvvəlində baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə (1 interval aşağı) tezisin müəllifləri (adı və soyadı), daha sonrakı sətirdə (1 interval aşağı) müəlliflərin çalışdığı kafedranın adı (digər müəssisələrdən olanlar üçün - müəssisənin adı, daha sonra kafedra və ya şöbəsi) qeyd edilməlidir
Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalı və bir müəllif 2-dən çox tezis həmmüəllifi olmamalıdır
Tezislər kafedra müdirinin dərkənarı ilə çap olunmuş formada və eyni zamanda elektron variantda (word) 10 may 2026-ci il tarixinə qədər [email protected] ünvanına göndərilməlidir.
Ödəniş: 20 AZN
Yuxarıda qeyd edilən tələblərin hər hansı birini ödəməyən tezislər çapa qəbul edilməyəcəkdir.
Əlaqələndirici şəxs: Vəfa İsgəndərova (+994505123230), ATU, Tibbi mikrobiologiya və immunologiya kafedrası, 4 saylı tədris binası, 3-cü mərtəbə
Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının əməkdaşları, həkim-rezidentləri və magistrantlarının tezisləri ödənişsiz qəbul ediləcəkdir.
📌Eyni zamanda, Azərbaycan Tibb Universitetinin tələbələri tərəfindən təqdim olunan tezislər arasından seçiləcək ən yaxşı 20 tezis ödənişsiz qəbul ediləcəkdir.
Kredit balı üçün nəzərdə tutulan ixtisaslar:
Mikrobioloqlar, infeksionistlər, immunoloqlar, laboratoriya mütəxəssisləri, terapevtlər, pediatrlar, cərrahlar, revmatoloqlar, patoloqlar, hematoloqlar
Qeydiyyat linki: https://forms.gle/Fp7spkgpQ8YK5ij58
Nümunə:
PHLOMİS BİTKİSİNİN ANTİMİKROB XÜSUSİYYƏTLƏRİ
Cavid Həsənov
Azərbaycan Tibb Universiteti, Tibbi mikrobiologiya və immunologiya kafedrası
Giriş ............................
Tədqiqatın məqsədi ..........................
Material və metodlar ...................................
Nəticələr ...................................
Müzakirə / Yekun...................................
Açar sözlər ...................................