
.jpg)
📢 ELAN
Hörmətli tələbələr,
Sizi Almaniyanın qabaqcıl tibb müəssisələrindən biri olan Euregio Klinikası tərəfindən təşkil olunan beynəlxalq təcrübə proqramında iştirak etməyə dəvət edirik.
🗓 Proqramın müddəti:
4 həftə
📅 06 iyul 2026 – 06 sentyabr 2026 (müxtəlif qruplar üzrə)
📚 Proqram çərçivəsində iştirakçılara təqdim olunur:
• Klinik praktik təcrübə
• Gündə 2 dəfə qidalanma (həftəsonları daxil olmaqla)
• İş geyimi (xalat) klinika tərəfindən təmin edilir
👩⚕️ Tələblər:
• Minimum B1 səviyyəsində alman dili biliyini təsdiq edən sertifikat
• Transkript
• Ən azı 3-cü kurs (6-cı semestr) tələbəsi olmaq
✈️ Tələbə tərəfindən qarşılanacaq xərclər:
• Səyahət xərcləri (aviabilet, viza, sığorta)
• Yaşayış xərcləri
• Şəxsi xərclər
📌 Qeyd:
Seçim prosesi müsahibə əsasında aparılacaq və yekunda məhdud sayda tələbə qəbul ediləcək.
📍 Müraciət:
Tələb olunan sənədləri 20.04.2026-cı il tarixinədək Azərbaycan Tibb Universiteti Beynəlxalq əlaqələr şöbəsinə təqdim edərək qeydiyyatdan keçə bilərsiniz.
Əlavə məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz.
