

Azərbaycan Tibb Universiteti (ATU), Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatı, Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 28 May – Müstəqillik gününə həsr olunmuş “Zəfər Festivalı – 3” adlı idman yarışları artıq öz işinə başlayıb
ATU-nun “Təbib” Tədris İdman Mərkəzinin müvafiq zallarında təşkil olunan bugünkü yarışlar şahmat (əməkdaşlar) və voleybol (qızlar) üzrə keçirilir.
Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında baş tutan “Zəfər Festivalı – 3” adlı idman yarışları 26 may tarixində yekunlaşacaq.
