
.jpg)
27 aprel tarixində saat 9.00-da Azərbaycan Tibb Universitetində İctimai Səhiyyə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin XLIX Konfransının açılışı olacaq. Konfrans “Ətraf mühitin sağlamlığı və davamlı inkişaf naminə elm” mövzusuna həsr olunub.
27, 28, 29 və 30 aprel tarixlərində keçiriləcək TEC konfransında fakültənin müxtəlif kafedralarında çalışan müəllimlərin elmi rəhbərliyi altında tələbələr maraqlı və innnovativ elmi işləri təqdim edəcəklər.
Həmçinin konfransda çıxışı nəzərdə tutulan S.D.Asfendiyarov adına Qazax Milli Tibb Universitetinin 13 tələbəsi ictimai səhiyyə, qidalanma, epidemiologiya, əmək sağlamlığı mövzuları üzrə elmi işlər təqdim edəcək.
