Bizi izləyin:
Heydər Əliyev
ATU-da yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

ATU-da yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

 Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarət  Xidmətinin təşəbbüsü ilə universitetin Elmi-Tədqiqat Mərkəzində yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib.

    Müşavirədə çıxış edən Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin direktor müavini dosent Elçin Əkbərov tədbirin əhəmiyyəti haqda ətraflı məlumat verib.

   Dövlət Yanğın Nəzarət Xidmətinin Təbliğat şöbəsininin böyük təlimatçısı Nizami Fərəcov da tədbirin  mahiyyətindən söz açaraq qeyd edib ki, məqsəd   işçi heyətə yangın təhlükəsizliyi qaydalarının öyrədilməsi, təxliyyə tədbirləri, yanğın zamanı davranış qaydaları vərdişlərinin aşılanmasıdır.  Səhiyyə obyektlərində baş vermiş yanğınla bağlı geniş məlumat verən N.Fərəcov yanğına qarşı qabaqlayıcı tədbirlərin  səmərəliyinin  artılırması məqsədilə aidiyyatı qurumların koordinasiyalı fəaliyyətinin vacibliyini, eyni zamanda bu cür tədbirlərin keçirilməsini əhəmiyyətini vurğulayıb.

   Tədbirdə müxtəlif təyinatlı binalarda,  o cümlədən 09.01.2024-cü il tarixdə Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı qısaca məlumat verərək təhlil aparılıb və video-rolik  göstərilib.

   Tədbirin praktiki hissəsində mərkəzin həyətində ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb. Uğurla keçən tədbirdən sonra əldə edilmiş nəticələr müzakirə olunaraq müvafiq tapşırıqlar verilib və Mərkəzin yanğın təhlükəsizliyinə cavabdeh olan  əməkdaşlarına maarifləndirici materiallar təqdim edilib.

 

Paylaş

Dostlarınız ilə paylaşın.