

Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklər kafedrasının əməkdaşları və Tədris Terapevtik Klinikasının Nefrologiya şöbəsinin həkimlərindən ibarət olan "AzNephOfficial" komandası (Aytən Məmmədzadə, Elgün Həziyev, Şəlalə İsmayılova, Fəridə Hacıyeva, Məmmədhüseyn Kərimov, Ibrahim İbrahimov, Pərvin Quliyeva, Məhərrəm İsayev) "NephMadness" adlı onlayn-yarışında iştirak edərək I yer qazanıblar.
Qeyd edək ki, "American Journal of Kidney Diseases" tərəfindən hər il təşkil olunan yarışın əsas məqsədi nefrologiya sahəsində ən son yeniliklərin analizinə həsr olunub və bu tibb sahəsinin inkişafına böyük töhvə verir. Əldə olunan qalibiyyət nefroloqlarımızın yüksək peşəkarlıq və dərin biliklərin göstəricisidir.
