Bizi izləyin:
Heydər Əliyev
“Bakı Marafonu 2026”-da uğurla təmsil olunan ATU tələbələri ümumilikdə 76 medal qazanıblar

“Bakı Marafonu 2026”-da uğurla təmsil olunan ATU tələbələri ümumilikdə 76 medal qazanıblar

     Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildən ənənəvi təşkil edilən “Bakı Marafonu 2026”-da Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri uğurla təmsil olunublar. Sıralarında əcnəbi vətəndaşların da olduğu ATU tələbələri ümumilikdə 76 medal qazanaraq yüksək nəticə göstəriblər.  

    Dövlət Bayrağı Meydanından start götürərn və “Sea Breeze” ərazisində finiş xətti ilə yekunlaşan builki marafonun əsas yeniliyi - ilk dəfə 42 kilometr məsafədə tam marafon olması və fərqli marşrutda keçirilməsi olub.

    25 min İştirakçının qatıldığı marafonda 42 km-i tamamlayan 19 nəfər, 21 km yarımarafon məsafəni -aralıq finiş nöqtəsini qət edən 43 nəfər və 10 km məsafəni başa çatdıran 14 tələbə medala layiq görülüb.

Paylaş

Dostlarınız ilə paylaşın.