Bizi izləyin:
Heydər Əliyev
Universitetlərarası klinik-praktiki olimpiada

Universitetlərarası klinik-praktiki olimpiada

     Azərbaycan Tibb Universitetinin və İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının birgə təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti və Seçenov Universitetinin Bakı filialı arasında tələbələr üçün həkim və tibb bacısı (qardaşı) işi ixtisasları üzrə “Çiyin-çiyinə tibb naminə” adlı universitetlərarası klinik-praktiki olimpiada keçirilir.

Beynəlxalq Tibb Bacısı Günündə keçirilən həkim və tibb bacısı əməkdaşlığına həsr olunmuş olimpiadanın məqsədi gələcək tibb mütəxəssislərinin klinik düşüncəsinin inkişaf etdirilməsi, praktik bacarıqlarının təkmilləşdirilməsi və müasir səhiyyənin əsasını təşkil edən komanda əsaslı tibbi xidmət modelinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

 12 may 2026-cı il

 Beynəlxalq Tibb Bacıları Gününə həsr olunur

 10:00–12:00 – Kapitanlar müsabiqəsi

(məkan: ATU – Tədris-İdman Mərkəzi,  2-ci mərtəbə, akt zalı)

 14:00–16:00 – Final mərhələsi – OSKİ formasında

(Məkan: Seçenov Universitetinin Bakı filialı, Tədris Simulyasiya Mərkəzi, 12-ci mərtəbə)

 Bir məqsəd: komanda ruhu, klinik düşüncə və peşəkarlıq!

 İlk dəfə. Yeni təcrübə. Gələcəyin səhiyyəsi burada başlayır.

Paylaş

Dostlarınız ilə paylaşın.