
ATU-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində reallaşan “Sağlamlıq və Texnologiyanın Zirvəsi” konfransı çərçivəsində müxtəlif istiqamətli kurs və təlimlər təşkil olunub.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının treninq mərkəzində baş tutan “Heyvan Ürəyi Üzərində Ürək Transplantasiyasının Texniki Aspektləri Kursu” professor Kamran Musayev tərəfindən həyata keçirilib.
“Prostat Vəzinin Transuretral Rezeksiya və Təməl Laparoskopiya Kursu” isə professor Rauf Nağıyev tərəfindən reallaşdırılıb.
Uşuncü istiqamət – “Qalxanvari Vəz Düyünlərində Mikrodalğa Ablasiya” adlı kurs isə Dr. Azər Hümmətov tərəfindən təşkil edilib.
Tələbələrin praktik bacarıqlarının gücləndirilməsinə yönələn təlim və kurslar nəzəri biliklərin təcrübə ilə birləşdirilməsi, tələbə və gələcək həkimlərin peşəkar fəaliyyətə hazırlanması, eləcə də keyfiyyətli tibbi xidmət göstərilməsində səriştəliliyin artırılması kimi mühüm aspektləri birləşdirir. Eyni zamanda konfrans çərçivəsində təqdim olunan bu inteqrasiya tibbi təhsilin effektivliyinin daha da artırılmasına xidmət etməklə, gələcək mütəxəssislərdə vərdiş və praktikanın möhkəmləndirilməsi üçün mühüm və əsaslı platforma rolunu oynayılb.