Azərbaycan Tibb Universitetində (ATU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Sağlamlıq və Texnologiyanın Zirvəsi” adlı beynəlxalq elmi-praktik konfrans çərçivəsində təşkil edilən sessiya və panellər öz işini davam etdirib.
8 may tarixində “Əczaçılıqda yeniliklər: Molekulyar dizayn və klinik effektivlik”, “Qlobal sağlamlıq və infeksion risklər”, “Pediatriyada yeniliklər və sağlam gələcəyin perspektivləri”, “Cərrahi tibb: Yeniliklər, texnologiya və təkmilləşdirilmiş praktika”, “Ağız sağlamlığında yüksək texnologiyalar və yeniliklər”, “Tibb bacılığında elmi tədqiqatlar və sübutlara əsaslanan praktika” mövzularında sessiyalar təşkil olunub.