

Azərbaycan Tibb Universitetində (ATU) keçirilən "Sağlamlıq və Texnologiya Zirvəsi" konfransı çərçivəsində Tələbə Paneli təşkil olunub. Bu panel gənc tədqiqatçıların elmi potensialını nümayiş etdirmək üçün geniş bir platforma rolunu oynayıb. Panel öz işini dörd əsas sessiyada davam etdirib: “Fundamental elmlər və müasir terapiya”, “Müasir cərrahiyyə və Klinik onkologiya”, “Dərmanın gücü və cəmiyyətin sağlamlığı”, “Müasir stomatologiya: rəqəmsal texnologiyalar və klinik yanaşmalar”.
Qeyd edək ki, ATU tələbələri ilə yanaşı, Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrin, eləcə də ARDİA-nın (Azərbaycan Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyi) nümayəndələri iştirak ediblər. Eyni zamanda, beynəlxalq əməkdaşlıq çərçivəsində Qazaxıstan, Qırğızıstan və Özbəkistandan gələn iştirakçılar öz elmi tədqiqatlarını təqdim ediblər.
