

Travmatologiya yara və zədələri, onların yaranma səbəblərini, qarşısının alınması və müalicə üsullarını öyrənən mühüm tibb sahəsidir. Hər il 20 may tarixi dünyada travmatoloqların peşə bayramı – Ümumdünya Travmatologiya Günü kimi qeyd olunur.
Travmatologiya insan sağlamlığının qorunmasında mühüm rol oynayır. Bu sahə zədələrin lokalizasiyasını, yaranma mexanizmini, xəstənin ümumi vəziyyətini, yanaşı xroniki xəstəlikləri və mümkün ağırlaşmaları araşdıraraq düzgün müalicə planının hazırlanmasına kömək edir.
Travmatologiya bir çox tibb sahələri ilə sıx əlaqəlidir. Septik və irinli cərrahiyyə, yanıq cərrahiyyəsi, neyrocərrahiyyə, flebologiya, hematologiya və digər istiqamətlər travmatologiyanın inkişafında və kompleks müalicə prosesində mühüm yer tutur.
Bu əlamətdar gündə insanların sağlamlığı uğrunda çalışan bütün travmatoloqları təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar arzulayırıq.
