Bizi izləyin:
Heydər Əliyev
ATU əməkdaşlarının hepatobiliar və minimal invaziv cərrahiyyə sahəsində hazırladığı yeni ixtira Avrasiya patenti alıb

ATU əməkdaşlarının hepatobiliar və minimal invaziv cərrahiyyə sahəsində hazırladığı yeni ixtira Avrasiya patenti alıb

     Azərbaycan Tibb Universiteti (ATU) əməkdaşları tərəfindən hepatobiliar və minimal invaziv cərrahiyyə sahəsində hazırlanmış innovativ üsul Avrasiya patenti əldə edib. Patent Avrasiya Patent Təşkilatı tərəfindən “Kəskin iltihab şəraitində subseroz laparoskopik xolesistektomiya üsülu” adlı ixtiraya verilib.

    İxtira ağır iltihabi proseslər və mürəkkəb anatomik dəyişikliklər fonunda laparoskopik xolesistektomiya zamanı əməliyyatın təhlükəsizliyinin artırılmasına yönəlib.

    Təklif olunan üsul klinik praktikada uğurla tətbiq olunub və mürəkkəb hallarda yüksək effektivlik nümayiş etdirib. Metodun tətbiqi əməliyyatın təhlükəsizliyinin artırılması, disseksiyanın daha kontrollu aparılması, əməliyyatdaxili ağırlaşmaların azalması və əməliyyatdan sonrakı dövrün daha stabil keçməsi ilə müşayiət olunub.

   Patent sahibi Azərbaycan Tibb Universiteti, ixtiranın müəllifləri isə t.e.d., professor Nuru Bayramov, t.ü.f.d. Azər Hümmmətov, t.ü.f.d., dosent Elnur Qasımov, t.ü.f.d.Aygün İbrahimova, t.e.d. Elman Əzimovdur.

   Qeyd edək ki, Avrasiya patenti ixtiranın bir sıra ölkələrdə hüquqi qorunmasını təmin etməklə yanaşı, onun beynəlxalq elmi və praktik əhəmiyyətini də təsdiqləyir. Bu nailiyyət Azərbaycan Tibb Universitetində aparılan elmi-tədqiqat işlərinin və innovativ cərrahi yanaşmaların beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisidir.

 

Paylaş

Dostlarınız ilə paylaşın.